Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Elm və Təhsil Nazirliyində YOXLAMALAR BAŞLADI
sosial

Elm və Təhsil Nazirliyində YOXLAMALAR BAŞLADI

31-10-2025 13:00 23 Baxış
IMG

Hesablama Palatası Elm və Təhsil Nazirliyində audit keçirir.

Tvit.az APA-ya istinadən xəbər verir ki, Hesablama Palatası 2025-ci ilin İş Planına əsasən Elm və Təhsil Nazirliyində audit həyata keçirir. Audit Nazirliyin fəaliyyətində təhsil sisteminin informasiyalaşdırılması proseslərinin səmərəliliyi və nəticəliliyinin qiymətləndirilməsini əhatə edir. Bununla yanaşı, qurum Nazirliyin tabeliyində fəaliyyət göstərən “Təhsil Respublika İdman Mərkəzi” publik hüquqi şəxsdə də nəzarət tədbiri həyata keçirir.

Palatadan əlavə edilib ki, hər iki istiqamət üzrə audit prosesi hazırda davam edir.