Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Türkiyədən gətirilən antep fıstığında uyğunsuzluq aşkarlandı
sosial

Türkiyədən gətirilən antep fıstığında uyğunsuzluq aşkarlandı

30-10-2025 19:00 16 Baxış
IMG

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı “Buta Çərəz” MMC-nin Türkiyədən idxal etdiyi “SDF Gida Sanayi ve Ticaret Limited Şirketi” müəssisəsinin istehsalı olan ümumi çəkisi 6,12 ton antep fıstığı məhsulu partiyasında (8 oktyabr 2025-ci il - 8 oktyabr 2027-ci il istehsal və son istifadə tarixli) Aflatoksin B1 və Total Aflatoksin göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.

 

Bu barədə Tvit.az-a agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

 

Bildirilib ki, məhsul partiyası ölkəmizin idxal tələblərinə, o cümlədən qüvvədə olan texniki və hüquqi normalara cavab vermədiyi üçün gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərar qəbul olunub.