Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Qablaşdırma vasitələri üçün məcburi tələblər müəyyənləşdirilir
sosial

Qablaşdırma vasitələri üçün məcburi tələblər müəyyənləşdirilir

27-10-2025 15:00 19 Baxış
IMG

Azərbaycanda "Qablaşdırmanın təhlükəsizliyi haqqında" texniki reqlament layihəsi hazırlanıb.

"Tvit.az" xəbər verir ki, sənəd Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşəbbüsü ilə hazırlanıb və ictimai müzakirələr başa çatdıqdan sonra təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək.

Yeni texniki reqlamentin məqsədi insanların həyat və sağlamlığının, əmlakın, ətraf mühitin, həmçinin heyvan və bitkilərin qorunmasıdır. Sənəd eyni zamanda qablaşdırma vasitələrinin istehlakçıları yanlış yönləndirə biləcək hərəkətlərin qarşısını almağı hədəfləyir.

Reqlamentdə qablaşdırma və qablaşdırma vasitələri üçün məcburi tələblər, onların saxlanması, daşınması və utilizasiyası ilə bağlı normalar müəyyən edilir.