Azərbaycan öz ərazisindən Rusiyadan Ermənistana malların tranzitinə icazə verib.
"Tvit.az" xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən ASEAN tədbirləri çərçivəsində jurnalistlərə açıqlama verib.
Overçukun sözlərinə görə, iki gün əvvəl Azərbaycan tərəfi öz dəmir yollarından istifadə etməklə Rusiyadan Ermənistana məhsul tranzitinə razılıq verib. Hazırda “Rusiya Dəmir Yolları” regional tərəfdaşlarla birlikdə təşkilati məsələləri müzakirə edir. Eyni zamanda Rusiya Kənd Təsərrüfatı Nazirliyinə yeni logistika marşrutunun işlənməsi ilə bağlı göstəriş verilib.