Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Xocalının Seyidbəyli kəndinə növbəti köç karvanı yola salınıb
sosial

Xocalının Seyidbəyli kəndinə növbəti köç karvanı yola salınıb

24-10-2025 12:00 24 Baxış
IMG

Xocalı rayonu Seyidbəyli kəndinə növbəti 18 ailənin (61 nəfər) qayıdışı təmin edilib.

Qayıdış Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində baş tutub.

Kəndə qayıdan ailələr respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar.

Bununla da Seyidbəyli kəndinə qayıdan ailələrin sayı 27-yə (92 nəfər) çatdırılıb./report