Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Sabah bu ərazilərdə qaz olmayacaq
sosial

Sabah bu ərazilərdə qaz olmayacaq

20-10-2025 21:00 21 Baxış
IMG

“Kənd Ramanı” qaz xətti üzərində klapanın quraşdırılması və Xəzər rayonu, Binə Sovxoz yaşayış sahəsi və Məscid küçəsi ərazisində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması və siyirtmənin quraşdırılması işləri ilə əlaqədar, 21.10.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılması planlaşdırılır.

 

Tvit.az xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

 

Qeyd olunub ki, təmir işləri aparılan müddətdə Sabunçu rayonu üzrə Ramanı qəsəbəsinin, C.Cabbarlı, Ə.Haqverdiyev, V. Vəliyev, H.Zərdabi, 9-cu Mədən küçələrinin, Xəzər rayonu üzrə isə Binə sovxoz yaşayış sahəsinin, Məscid və Ə.İsazadə küçələrinin qaz təchizatında fasilə yaranacaq.