Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ şou-biznes “Dünyaca məşhur markanın siması seçilmişəm”
şou-biznes

“Dünyaca məşhur markanın siması seçilmişəm”

06-11-2024 12:00 132 Baxış
IMG

“Çox insanlar elə düşünürlər ki, biz blogerlər durduğumuz yerdə foto çəkib, paylaşırıq. Mən izah edirəm ki, hansısa bir markanı çox istədiyim üçün onu səhifəmdə elə - belə reklam etmirəm. Bizim iş birliyimiz olur. Bunun nəticəsi olaraq bəlli bir gəlir əldə edirik. Milyonlarla izləyicisi olan xarici influenserlər bahalı avtomobil alanda yazırlar ki, halaldır, qazanır və alır. Bizdə isə dərhal yazırlar ki, bu haradandır? Necə yəni haradan İşimiz göz önündədir. Biz gecə-gündüz işləyirik. Demirəm ki, biz daş qaldırırıq və işimiz çox əziyyətlidir. Milyonlarla əziyyət çəkən insanlar var ki, bizim işimiz onların yanında çox asandır. Amma bizim işimizin ən çətin tərəfi hər cür insanlara məruz qalmaqdır. Yəni, həmin insanlar sosial şəbəkə adımızı yazıb bizə ürəyi istəyən sözü yaza bilir. Bizim işimizin də bədəli də budur. Amma bu bizim öz seçimimizdir”.

Tvit.az yazır ki, bu sözləri influenser Aynişan Quliyeva Sura Hüseynin yutub layihəsində deyib.(OLAY)

Aynişan bloger həyatının çətinliklərindən söz açıb:

“Heç zaman şikayət etməmişəm ki, mənə niyə belə şeylər yazırlar? Mən hansısa bir marka üçün video çəkib paylaşanda demirəm ki, mən bu qədər əziyyət çəkirəm. Bu minnəti başa düşə bilmirəm. Mən özüm üçün işləyib, özüm üçün də pul qazanıram. Əziyyət çəkdiyim üçün izləyiciyə niyə minnət qoymalıyam ki?”.

Quliyeva bildirib ki, blogerlik fəaliyyətinə görə 2016-cı ildən rəsmi şəkildə dövlətə vergi ödəyir:

“Mənim çox gözəl iş birliklərim var. Hamısını da qanun çərçivəsində, rəsmi sənədlərlə edirəm. Vergisini də ödəyirəm. Keçən səfər yazıblar ki, Aynişan yalan danışır, blogerlərə vergi tətbiq edilmir. Burada yalan bir şey yoxdur. Biz 2016-ci ildən hamımız dövlətə vergi veririk. Bu isə çox yaxşıdır ki, bizim işimiz ciddiləşib və peşəkarlaşıb. Buna isə çox sevinirəm”.

Aynişan dünyaca məşhur bir markanın siması seçildiyini açıqlayıb:

“Mən dünyaca məşhur bir markanın siması seçilmişəm. İllər əvvəl həmin bu marka türk influenseri Fransada defileyə çıxarmışdı. Mən də o zaman özümə dedim ki, mən də istəyirəm bu marka ilə çalışım. Amma təbii ki, heç nə yox idi. O marka mənimlə Rusiyadan əlaqə saxladı və mənimlə işləmək istədiklərini yazdılar. O marka Azərbaycandan iş birliyini ilk mənimlə qurdu. Bu il evdə, dəhlizdə gəzirdim və birdən beynimdən keçdi ki, mən bu markanın simasıyam. 10 dəqiqə keçdikdən sonra mənə mesaj gəldi ki, sizinlə işləmək istəyirik. Mən də bütün həyatım hər zaman belə olub. Qoç bürclərin enerjisi kosmosdan olur”.

Qeyd edək ki, Aynişan Quliyeva Əməkdar artist Aybəniz Haşımovanın qızıdır.