16 C
Baku
Çərşənbə axşamı, Aprel 30, 2024

Bizə yaz

Hikmət Hacıyev Aİ Şurasının komitə sədri ilə müzakirə APARDI

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqına (Aİ) üzv dövlətlərin daimi nümayəndələri/səfirləri səviyyəsində təmsil olunan Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsi ilə müzakirədə iştirak edib.

“Tvit.az” xəbər verir ki, bu barədə o, “X”də paylaşım edib.

“Biz Avropa İttifaqına üzv dövlətlərin daimi nümayəndələri/səfirləri səviyyəsində təmsil olunan Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsi ilə geniş və dərin müzakirə apardıq. Görüşümüzə həmsədrlik etdiyi üçün Siyasi Direktorun müavini Delfin Pronka (Delphine Pronk) təşəkkür edirəm”, – paylaşımda bildirilib.

Qeyd edək ki, görüş iştirakçıları arasında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Vaqif Sadıqov da yer alıb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR