19 C
Baku
Şənbə, Aprel 27, 2024

Bizə yaz

“Gözəl-göyçək qız idim, mənə baxmamaq mümkün deyildi” – Xuraman Şuşalı

“Elçini məndən müsahibə almaq üçün göndərmişdilər. Sağ olsunlar. 2008 ya da 2009-cu ildə mənim haqqımda film çəkdi. Mənə zəng vurmuşdular, deyəsən verilişin adı “Evə gəl” idi. Mən də yola verməkdə bir nömrəyəm. Çəkiliş olacaqdı, yatıb qalmışam. Maşın sürə-sürə makiyaj edib çatdırdım özümü. Elçin onda rəhmətlik anamı da çəkirdi”. 

“Tvit.az” xəbər verir ki,  bunu müğənni Xuraman Şuşalı qonaq olduğu “Həftənin qonağı” verilişində deyib. 

O,  həyat yoldaşı rejissor Elçin Məmmədovla münasibətlərindən söhbət açıb:

“Namaz vaxtı gəldi, Elçin çəkilişi dayandırdı gedib namazını qıldı. Ay Allah oradaca o anamın gözündə ucaldı. Onda mən ona aşiq olmamışdım. Əvvəl elə bilirdim mən onu evlilik tələsinə salmışam, amma sən demə o məni salıbmış. Elçinlə çox gözəl münasibətimiz var. Biz onunla ilk dost olmuşuq. Həmin çəkilişdən sonra ona hörmətim artdı. Gözəl-göyçək qızam, mənə baxmamaq nə bilim, kişi olasan və mənə baxmayasan. O elə həyalı idi ki… Mən onun həyasını sevdim. Bir insan olaraq. Şükür Allaha ki, hələ də elədir, yoxsa onu öldürərdim. Göz-qaşı qaynayan oğlanla ailə qurmazdım”. 

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR