12 C
Baku
Cümə, May 17, 2024

Bizə yaz

Blinken: ABŞ BMT Nizamnaməsinə əsasən Ukraynada sülh danışıqlarına ümid edir

ABŞ hakimiyyəti ümid edir ki, Rusiya BMT Nizamnaməsinə uyğun olaraq Ukraynada düşmənçiliyə son qoyulması barədə müzakirələr aparmağa razıdır.

Tvit.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Antoni Blinken Riyadda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.

Blinkenin sözlərinə görə, düşmənçiliyin sonu əsasən Rusiya prezidenti Vladimir Putin və onun qərarlarından asılıdır. Buna görə də ABŞ hakimiyyəti ümid edir ki, cənab Putin beynəlxalq ictimaiyyətin və BMT Nizamnaməsinin əsasını təşkil edən əsas prinsiplərə uyğun olaraq səmimi müzakirələrə hazırlıq nümayiş etdirəcək:

“Suverenlik, ərazi bütövlüyü, müstəqillik. Və əgər onlar lazımi qaydada təsdiq olunarsa, qətnamə qəbul edilməlidir”, – deyə Antoni Blinken fikrini tamamlayıb.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR