19 C
Baku
Bazar, May 5, 2024

Bizə yaz

Zelenski NATO-ya qarşı ittiham irəli sürdü

Zelenski NATO-nun baş katibi Stoltenberqlə görüşdə razılaşmalara əməl etməməkdə ittiham edib.

Tvit.az xarici KIV-lərə istinadla xəbər verir ki, o, bu barədə Şimali Atlantika blokunun Baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi mətbuat konfransında Kiyev şəhərində danışıb.

Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, NATO Ukrayna Silahlı Qüvvələrinə dəstək vermək üçün iki vacib məqamı yerinə yetirməyib.

 O bildirib ki, “ön cəbhədə” vəziyyət üç əsas nöqtədə asılıdır. Birinci məqam maliyyələşdirmədir. Bu vəsaitə müsbət olaraq “həm ikitərəfli səviyyədə tərəfdaşlar, həm də Birləşmiş Ştatlar” səs verib. İkinci məqam isə vaxtında silah tədarükü, üçüncüsü isə “Ukraynaya dəqiq nə çatacağıdır.

Onun fikrincə, ittifaq üç şərtdən yalnız birincisini vəsaitin ayrılmasına səs verməklə yerinə yetirdi. Digər iki məsələdə isə müsbət cəhət görünməyib.

Xatırladaq ki, NATO-nun baş katibi Yens Stoltenberq bu gün elan olunmamış ziyarətlə Kiyevə gəlib. O, media nümayəndələri ilə görüşdə iyul ayında Vaşinqtonda keçiriləcək sammitdə Ukraynanın NATO-ya daxil olması ilə bağlı razılaşmanın əldə olunacağını gözləmədiyini bildirib.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR