Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Sabah Bakının 3 rayonunda qaz təchizatı dayandırılacaq
sosial

Sabah Bakının 3 rayonunda qaz təchizatı dayandırılacaq

13-08-2025 20:00 44 Просмотров
IMG

Sabah saat 10:00-dan etibarən Xəzər, Qaradağ və Səbail rayonları ərazisində qaz təchizatı dayandırılacaq.

 

Tvit.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

 

Məlumata görə, qaz təchizatında dayanma xətlərdə görüləcək təmir işləri ilə əlaqədardır.

 

Belə ki, təmir işləri aparılan müddətdə Xəzər rayonu üzrə Şüvəlan qəsəbəsinin və Gülçülük yaşayış massivinin, Qaradağ rayonu üzrə Puta qəsəbəsinin, Səbail rayonu üzrə isə Z.Yusifzadə, A.Məmmədov, L.Babayev, Ə.Nəzmi, A.Nəsirov, M.Useynov, Xanlar, S.Qədimova və A.Abbaszadə küçələrinin qaz təchizatında məhdudiyyət fasilə yaranacaq.