Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İsrailə qarşı hər hansı tədbir görməyəcək - Almaniya
dünya

İsrailə qarşı hər hansı tədbir görməyəcək - Almaniya

28-07-2025 23:00 38 Просмотров
IMG

Təhlükəsizlik kabinetinin iclasından sonra çıxış edən Almaniya kansleri Fridrix Merz İsrailə qarşı hər hansı tədbirin görülməsinə dair qərarın olmadığını bildirib. 

Tvit.az bu barədə xarici mediaya istinadən xəbər verir.

"Hələlik biz xarici işlər nazirinin səfərini və yaxın günlərdə İsrail hökuməti ilə keçiriləcək danışıqları gözləmək istəyirik. Lakin biz belə addımlar atmaq hüququmuzu özümüzdə saxlayırıq", - deyə o, əlavə edib.

Qeyd edək ki, Almaniyanın xarici işlər naziri Johann Wadephul cümə axşamı İsraildə olacaq.

Aysel Şirinova