Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İsrail Hizbullaha hücum edib
dünya

İsrail Hizbullaha hücum edib

24-07-2025 22:00 45 Просмотров
IMG

İsrail Livanın cənubunda “Hizbullah” obyektlərinə zərbələr endirib.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata əsasən, İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Litani çayının şimalında yerləşən Cizzin və Nabatiyə şəhərlərinin ətrafında yerüstü hədəflərə kütləvi zərbələr endirib.

Hücumlar “Hizbullah”a məxsus olduğu ehtimal edilən yeraltı sığınacaqlar, komanda məntəqələri və anbarlara yönəlib.  Yerli hakimiyyət orqanları mülki əhali arasında xəsarət alanlar barədə məlumat verməyib.

Aysel Şirinova