Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Ağdam və Ağdərədə açıq ərazidə yanğın nəzarətə götürüldü
sosial

Ağdam və Ağdərədə açıq ərazidə yanğın nəzarətə götürüldü

23-07-2025 15:00 31 Просмотров
IMG

Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində nəzarətə götürülüb.

"Tvit.az" xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında bildirilib.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.