Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Qızıl medal qazanan Azərbaycan cüdoçusu: "EYOF-da əldə etdiyim mükafat mənim üçün çox dəyərlidir"
СПОРТ

Qızıl medal qazanan Azərbaycan cüdoçusu: "EYOF-da əldə etdiyim mükafat mənim üçün çox dəyərlidir"

22-07-2025 21:00 31 Просмотров
IMG

Azərbaycan cüdoçusu Rza Xəlilli üçün XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) qazandığı medal çox dəyərlidir.

 

Tvit.az Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu EYOF-da qızıl medal qazanan Rza Xəlilli deyib.

 

50 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsində yer alan idmançı bu medalın onun üçün çox dəyərli olduğunu deyib:

 

"Finala qədər böyük qüvvə sərf etdim. Lakin beynəlxalq yarışlarda qazandığım təcrübə öz sözünü dedi. Festivalda qızıl medal qazanmaq heç də asan deyil. Burada qitənin ən yaxşı cüdoçuları iştirak edirlər. Çox xoşbəxtəm ki, finala qədər irəliləyib, qızıl medal qazandım. Bu mükafat qazandığım medallar arasında ən dəyərlisidir. Fürsətdən istifadə edib, əldə etdiyim nailiyyətlərdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm",


Qeyd edək ki, Rza Xəlilli finalda ispaniyalı Alexandra Çiarroniyə qalib gəlib.