Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Yəmən hərəkatı İsrailə hücum etdi
dünya

Yəmən hərəkatı İsrailə hücum etdi

21-07-2025 20:00 30 Просмотров
IMG

Yəmənin üsyankar “Ənsar Allah” (husilər) hərəkatının tərəfdarları İsraildə beş obyektə pilotsuz uçuş aparatları ilə zərbələr endiriblər.

 Tvit.az xəbər verir ki, bu barədə husilər Yəhya Sariə məlumat verib.

Onun sözlərinə görə, Yəmən silahlı qüvvələrinin PUA bölmələri unikal hərbi əməliyyat həyata keçirib. Əməliyyat zamanı Lod hava limanı (Ben-Qurion), Yaffa (Təl-Əviv) bölgəsində, Umm-ər-Rəşraş limanı (Eylat), Ramon hava limanı və Aşdod bölgəsində yerləşən hərbi obyektlər hədəf alınıb.

Bildirilib ki, İsrailə qarşı həyata keçirilən hücumda beş pilotsuz uçuş aparatı istifadə olunub və əməliyyat uğurla məqsədlərinə çatıb.

Aysel Şirinova