Yaponiyanın ən hündür dağı olan Fuji dağı 130 illik rekordlar ərzində ilk dəfə bu qədər qarsız qaldı.
Tvit.az bu barədə “AFP” agentliyinə istinadən xəbər verir.
Agentliyinin məlumatına görə, Fuji dağının zirvəsində ilk qar ötən il oktyabrın 5-də görülüb. Amma bu il havaların qeyri-adi isti keçməsi qar yağmasının qarşısını alıb.
Elmin Alışov