Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya "Rusiya və ABŞ prezidentlərinin görüşü vacibdir" - Orban
dünya

"Rusiya və ABŞ prezidentlərinin görüşü vacibdir" - Orban

17-07-2025 21:00 43 Просмотров
IMG

Ukraynadakı münaqişə yalnız Rusiya və ABŞ arasında razılıq əldə olunduğu və prezidentlər Vladimir Putinlə Donald Tramp arasında şəxsi görüş baş tutduğu halda nizamlana bilər.

Tvit.az xəbər verir ki, bu fikri Macarıstanın baş naziri Viktor Orban "Ultrahang" adlı YouTube kanalına verdiyi müsahibədə Ukrayna ətrafındakı vəziyyətlə bağlı sualları cavablandırarkən ifadə edib.

Orban vurğulayıb ki, münaqişənin diplomatik yolla həlli üçün ən real şans Rusiya və ABŞ liderlərinin birbaşa təmas qurması və razılaşmasıdır.

Onun sözlərinə görə, digər vasitəçilərin və təşəbbüslərin əhəmiyyəti olsa da, əsas qərarları bu iki ölkənin rəhbərləri verməlidir:

"Müharibənin dayandırılması və sülhə nail olunması yalnız böyük güclərin — xüsusilə Moskva və Vaşinqtonun iştirakı ilə mümkündür".

Aysel Şirinova