Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Gürcüstan və Koreya bu sahə üzrə layihəyə başlayıb
dünya

Gürcüstan və Koreya bu sahə üzrə layihəyə başlayıb

15-07-2025 21:00 29 Просмотров
IMG

Gürcüstanın Milli Bankı və Koreya Mərkəzi Bankı nağdsız ödənişlərin inkişafı üzrə layihəyə start verib.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata əsasən, Tbilisidə əməkdaşlıq memorandumu Koreya Mərkəzi Bankının nümayəndələri və Gürcüstan Milli Bankının vitse-prezidenti Yekaterina Galdava tərəfindən imzalanıb.

Qeyd edək ki, Gürcüstan, Koreya Mərkəzi Bankı və Koreya Maliyyə Telekommunikasiya və Klirinq İnstitutunun nağdsız ödənişlərin inkişafı sahəsində əməkdaşlıq etdiyi ilk Asiya xarici ölkə olub.

Aysel Şirinova