Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница siyasət Azərbaycanda mineral suların kadastrı hazırlanır
siyasət

Azərbaycanda mineral suların kadastrı hazırlanır

29-10-2024 20:00 70 Просмотров
IMG

Azərbaycanda sağlamlıq turizminin inkişafı məqsədilə mineral suların kadastrı hazırlanır.

Tvit.az xəbər verir ki, bunu Report-a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.


Nazir müavini qeyd edib ki, kadastrda suların müalicəvi tərkibi də əks olunacaq:

 

“Azərbaycan ərazisi mineral sularla zəngindir. Ölkəmizdə mineral suların, bulaqların, quyuların ümumi sayı 930-a yaxındır və bunlardan 113-ü sağlamlıq turizminin inkişafına xidmət edə biləcək sulardır. Bu çox böyük potensialdır. Həmin suların əksəriyyəti Kəlbəcər, Laçın, Şərqi Zəngəzur, Şuşa ətrafı və Naxçıvanda cəmləşib. Kadastrın hazırlanması ilə suların tərkibi, mənbəyi, miqdarı və digər xüsusiyyətləri barədə məlumatlar əldə ediləcək ki, bu da sahəyə investorları, yerli və xarici turistləri cəlb etməyə imkan yaradacaq”.

 

O əlavə edib ki, ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılan Komissiya mineral suların kadastrının hazırlanması və monitorinqinin aparılması üçün İşçi Qrupu təşkil edib.

 

“İşçi Qrupu 2025-ci ilin sonunadək monitorinqlər və qiymətləndirmə aparacaq, məlumatların toplanmasına başlayacaq. Hazırlanan kadastr sağlamlıq turizminin bu istiqamətdə inkişafına təkan verəcək. Bu, sahibkarlar üçün də əlverişli şərait yaradacaq, çünki onlar bu kadastrdan istifadə edərək sərmayələrini daha düzgün istiqamətləndirə biləcəklər”, - deyə nazir müavini vurğulayıb.