Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
dünya

Kelloq Ukraynadadır

14-07-2025 10:00 27 Просмотров
IMG

ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Kiyevə gəlib.

Tvit.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak məlumat verib.

"ABŞ Prezidentinin xüsusi nümayəndəsi Kit Kelloqu Ukraynada salamlamaqdan məmnunuq. Söhbət üçün çoxlu mövzu var", – Yermak özünün Telegram kanalında yazıb.

 O əlavə edib ki, bir sıra mövzuların, o cümlədən silah tədarükü və iki ölkə arasında əməkdaşlığın müzakirəsi planlaşdırılır. 

 Kelloqun səfəri bir həftə davam edəcək. Xüsusi nümayəndə sonuncu dəfə Kiyevi fevral ayında ziyarət etmişdi.

Aysel Şirinova