Nigeriyanın keçmiş prezidenti Muhammadu Buhari 82 yaşında vəfat edib.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Buharinin İngiltərənin paytaxtı Londonda müalicə aldığı xəstəxanada dünyasını dəyişdiyi bildirilib.
Keçmiş prezident Buhari 2015 və 2019-cu illərdə keçirilən seçkilərdə qalib gələrək iki müddət Nigeriya prezidenti vəzifəsində çalışıb.
Elmin Alışov