Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı
sosial

Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı

10-07-2025 10:00 44 Просмотров
IMG

İyulun 9-da ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 41, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.