Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ “Qarabağ” Avstriyada ilk yoxlama oyununda məğlub olub
СПОРТ

“Qarabağ” Avstriyada ilk yoxlama oyununda məğlub olub

07-07-2025 22:00 32 Просмотров
IMG

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" futbol komandası ilk yoxlama oyununu keçirib.

 

Tvit.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Ukrayna təmsilçisi "Metallist" (Xarkov) ilə üz-üzə gəlib.

 

Qarşılaşma “köhlən atlar”ın məğlubiyyəti ilə bitib - 4:5.

 

Azərbaycan çempionu Bakıdakı ilk yoxlama matçında "Zirə"ni 4 cavabsız qolla üstələyib.

 

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.