Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Bu ölkədə əhalinin qocalma prosesi sürətləndi
dünya

Bu ölkədə əhalinin qocalma prosesi sürətləndi

04-07-2025 20:00 23 Просмотров
IMG

İranda əhalinin qocalma sürəti çox yüksəkdir və bu tendensiya davam edərsə, ölkə 2050-ci ildə həddindən artıq qocalmış ölkələr sırasında olacaq.


Tvit.az xəbər verir ki, bunu Rifah Təşkilatının rəhbəri Seyid Cavad Hüseyni deyib.


"2016-cı ildə ölkə əhalisinin yalnız 9.1%-i qocalar təşkil edirdi, araşdırmalar göstərir ki, bu 2050-ci ilə kimi 31%-ə yüksələcək",-deyə o, bildirib.


Bir müddət əvvəl isə İranın daxili işlər naziri İskəndər Momeni də məsələ ilə bağlı xəbərdarlıq edib:
"Hazırda ölkədə əhali artımının azalması narahatedici səviyyədədir və bu tendensiya davam edərsə, gələcək 80 ildə ölkə əhalisinin sayı 40 milyon nəfərdən aşağı düşəcək, bu isə böyük fəlakət deməkdir".


Elmin Alışov