Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya "Tesla" Trampa görə milyardlarla dollar itki ilə üz üzə
dünya

"Tesla" Trampa görə milyardlarla dollar itki ilə üz üzə

04-07-2025 17:00 40 Просмотров
IMG

ABŞ prezidenti Donald Trampın Konqresdən keçirdiyi yeni vergi qanun layihəsi — "One Big Beautiful Bill"  qüvvəyə mindikdən sonra Tesla şirkəti milyardlarla dollar dəyərində mənfəət itkisi ilə üzləşə bilər.

Tvit.az xəbər verir ki, bu barədə " Financial Times" yazıb.

Nəşrin qiymətləndirməsinə görə, sənədə qarşı çıxışların əsas səbəbi artan büdcə kəsiri deyil, məhz bu iqtisadi risklərdir.

 Tesla-nın rəhbəri, dünyanın ən varlı iş adamı İlon Mask da bu qanun layihəsini tənqid edib. Halbuki o, Trampın seçki kampaniyasına 250 milyon dollar ianə vermiş və respublikaçının əsas tərəfdarlarından sayılıb.

Hazırda isə onların münasibətləri tamamilə pozulmuş hesab olunur.

Aysel Şirinova