Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya "Ukraynanın Aİ-yə qoşulması iqtisadiyyatımızı dağıdacaq" - Orban
dünya

"Ukraynanın Aİ-yə qoşulması iqtisadiyyatımızı dağıdacaq" - Orban

04-07-2025 10:00 24 Просмотров
IMG

Əgər Ukraynanın üzvlüyünə dair səsvermə keçirilsə idi, Avropa İttifaqına üzv olan əksər ölkələrin vətəndaşları Ukraynanın bu birliyə qoşulmasını dəstəkləməzdi 

Tvit.az xəbər verir ki, bu fikri Macarıstanın Baş naziri Viktor Orban Kossuth radiostansiyasının səhər proqramında çıxışı zamanı səsləndirib.

“Avropa İttifaqının əksər dövlətləri Ukraynanın üzvlüyünə "yox" deyərdi. Əgər biz Ukraynanı qəbul etsək, deməli müharibəni də qəbul etmiş olarıq. Ukraynanın birliyə qoşulması bizim iqtisadiyyatımızı dağıdacaq,” – o, bildirib.

Orban, xatırladıb ki, Macarıstanda ümumxalq referendumunda (2 milyondan çox insanın iştirakı ilə) respondentlərin 95%-i Kiyevin Avropa İttifaqına daxil olmasına qarşı çıxıb.

Aysel Şirinova