Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Pezeşkian Azərbaycana gəldi - YENİLƏNİB
siyasət

Pezeşkian Azərbaycana gəldi - YENİLƏNİB

04-07-2025 10:00 31 Просмотров
IMG

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Azərbaycana səfərə gəlib.

"Tvit.az" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İran Prezidenti Məsud Pezeşkianı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

***

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək.  

"Tvit.az" xəbər verir ki, bu barədə İran prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Mehdi Sənayi məlumat yayıb. 

Məlumata görə, İran lideri bu gün Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) sammitində iştirak edəcək.