İran prezidenti Məsud Pezeşkian “X” hesabında ölkənin milli simvolları və tarixi abidələrini əks etdirən paylaşım edib.
Tvit.az xəbər verir ki, Pezeşkian paylaşımında yazıb:
“İran mədəniyyəti və sivilizasiyasının mərkəzində bəşəriyyətin ağrısını azaltmaq üçün çoxlu təcrübələrimiz var. İran gözəlliklə doludur. Onun hər güncündə dostluq yayılır. Biz həmişə başqa millətlərlə divarlar hörməyə yox, körpülər qurmağa çalışmışıq. Biz sülhün tərəfdarıyıq, müharibənin düşməniyik və eyni zamanda sərhədi, təhlükəsizliyi və İran xalqını müdafiə etmək əzmindəyik”.
Elmin Alışov