Qətər İran və İsrail arasındakı münaqişənin həlli üçün bütün tərəflər arasında dialoqun bərpası üçün diplomatik səylər göstərir.
Tvit.az xəbər verir ki, bunu Qətərin xarici işlər naziri əl-Tani İstanbulda iranlı həmkarı Seyid Abbas Əraqçı ilə görüşündə deyib.
O vurğulayıb ki, Doha mübahisəli məsələlərin həlli, regionda və dünyada təhlükəsizliyin möhkəmləndirilməsi üçün bütün tərəflər arasında dialoqun bərpası üçün tərəfdaşları ilə fəal səylər göstərir.
Elmin Alışov