Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya "Air Arabia" bu tarixə qədər Rusiyaya uçuşları ləğv edib
dünya

"Air Arabia" bu tarixə qədər Rusiyaya uçuşları ləğv edib

18-06-2025 22:00 16 Просмотров
IMG

Air Arabia aviaşirkəti Yaxın Şərqdəki vəziyyətlə əlaqədar 30 iyun da daxil olmaqla Rusiyaya və Rusiyadan müntəzəm reyslərini ləğv edib.

Tvit.az xəbər verir ki, bu barədə "Rosaviatsiya!" məlumat yayıb.

"Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Air Arabia 30 iyun da daxil olmaqla Rusiyaya və Rusiyadan müntəzəm reysləri ləğv edib. Daşıyıcı təxliyə reyslərini yerinə yetirməyə davam edəcək. Bu gün aviaşirkət Moskva və Yekaterinburqa üç reyslə 460-dan çox sərnişin daşımağı planlaşdırırdı", – deyə məlumatda bildirilir.

Əlavə edilib ki, 19 iyun tarixində Air Arabia Rusiyaya beş təxliyə reysi yerinə yetirməyi və bu reyslərlə təxminən 800 sərnişin daşımağı planlaşdırır.

Aysel Şirinova