Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Azərbaycan və Çin ÜTT-yə üzvlüklə bağlı danışıqları başa çatdırıblar
siyasət

Azərbaycan və Çin ÜTT-yə üzvlüklə bağlı danışıqları başa çatdırıblar

13-06-2025 20:00 53 Просмотров
IMG

Pekində Çin və Azərbaycan arasında Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması ilə bağlı danışıqların ikinci raundu keçirilib.

 

Tvit.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi (MOFCOM) məlumat yayıb.

 

Məlumata əsasən, tərəflər bazara çıxış şərtlərinin müzakirəsini əsaslı şəkildə başa çatdırıblar.

 

Həmçinin tərəflər mal və xidmət ticarəti sahəsində bütün təkliflər üzrə konsensus əldə ediblər. Danışıqları Çinin ticarət nazirinin müavini Yan Donq və Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli aparıblar.

 

MOFCOM bunun Azərbaycanın ÜTT-yə üzv olmasına təkan verdiyini və Çinin dəstəyini əks etdirdiyini vurğulayıb.