Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Vətən müharibəsi Qəhrəmanlarına verilən müavinət artırıldı
sosial

Vətən müharibəsi Qəhrəmanlarına verilən müavinət artırıldı

12-06-2025 17:00 40 Просмотров
IMG

Vətən Müharibəsi Qəhrəmanlarına 2200 manat veriləcək.

"Tvit.az" xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2200 (iki min iki yüz) manat veriləcək.

Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün 2000 (iki min) manat veriləcək.