Türkiyədə Transformator Mərkəzində yanğın, 150 məhəllə elektriksiz qalıb.
Tvit.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Məlumata görə, Mardinin Kızıltepe və Derik rayonlarında kənd məhəllələrini qidalandıran transformator mərkəzində baş verən yanğın nəzarət altına alınsa da, 150 kənd məhəlləsinin elektrik enerjisi kəsilib. Müəyyən edilib ki, yanğın həddindən artıq yüklənmə səbəbindən qızma olub.
Yanğın qruplar tərəfindən qısa müddətdə nəzarət altına alınaraq söndürülərkən, transformator mərkəzi yararsız hala düşüb.
Aysel Şirinova