Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Türkiyə Böyük Millət Məclisinin sədri seçilib
dünya

Türkiyə Böyük Millət Məclisinin sədri seçilib

03-06-2025 23:00 42 Просмотров
IMG

Türkiyə Böyük Millət Məclisinin sədrliyi üçün keçirilən səsvermədə Numan Kurtulmuş yenidən sədr seçilib. 

Tvit.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir. 

Məlumata görə, səsvermənin üçüncü turunda 529 deputat səs verib. AK Partiya İstanbul millət vəkili Numan Kurtulmuş 329, CHP Artvin millət vəkili Uğur Bayraktutan 118, DEM Partiyası Diyarbakır millət vəkili Osman Cengiz Çandar 18, İYİ Partiya İstanbul millət vəkili Mustafa Cihan Paçacı 26, Yeni Partiya İstanbul millət vəkili Mehmet Karaca isə 26 səs alıb. Bir boş səs və 11 səs etibarsız sayılıb. Səsvermənin üçüncü turunda 329 səs toplayan Kurtulmuş yenidən TBMM sədri seçilib.

Səsvermədən sonra Kurtulmuş terrordan azad bir Türkiyə olduğunu vurğulayaraq, Türkiyənin demokratik standartlarını yüksəltmək üçün siyasi partiyaların əməkdaşlıq etməli olduğunu bildirib.

Aysel Şirinova