Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya BMT Rusiya və Ukrayna arasında İstanbulda aparılan danışıqları dəyərləndirib
dünya

BMT Rusiya və Ukrayna arasında İstanbulda aparılan danışıqları dəyərləndirib

02-06-2025 22:00 30 Просмотров
IMG

BMT-nin baş katibi Türkiyədə Rusiya və Ukrayna arasında əsirlərin mübadiləsinə dair əldə olunan razılaşmanı alqışlayır.

Tvit.az xəbər verir ki, bu barədə Antonio Quterreşin ofisi məlumat yayıb.

Təşkilat İstanbulda aparılan danışıqların qeyd-şərtsiz atəşkəsə gətirib çıxaracağına da ümid edir:

“Ümid edirik ki, İstanbulda yekunlaşan danışıqlar BMT Nizamnaməsinə uyğun olaraq ədalətli, davamlı və hərtərəfli sülhə doğru ilk addım kimi tam, dərhal və qeyd-şərtsiz atəşkəsə gətirib çıxaracaq”.

Bundan əvvəl İstanbulda Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirmişdi ki , Rusiya Federasiyası Ukraynadan münaqişə səbəbindən çətin vəziyyətdə qalan 339 uşağın adının siyahısını alıb.

Aysel Şirinova