Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Zelenski Ukraynanın NATO sammitinə dəvət edildiyini iddia edib
dünya

Zelenski Ukraynanın NATO sammitinə dəvət edildiyini iddia edib

02-06-2025 22:00 27 Просмотров
IMG

Vladimir Zelenski Ukraynanın iyunun sonunda Haaqada keçiriləcək Şimali Atlantika Alyansının sammitinə dəvət edildiyini iddia edir.

Tvit.az xəbər verir ki, müvafiq video Zelenskinin Telegram kanalında yayımlanıb.

"NATO-nun baş katibi ilə görüşümüz oldu. Bizi NATO sammitinə dəvət etdilər. Düşünürəm ki, bu vacibdir", - Zelenski deyib.

Onun sözlərinə görə, Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa indi həmkarları ilə birlikdə infrastruktur və Haaqadakı bu sammitin nəticələrinin nə ola biləcəyi barədə danışacaq.

Aysel Şirinova