Ukraynaya məxsus 162 PUA Rusiya hava hücumu müdafiə sistemləri tərəfindən vurulub.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirliyi məlumat yayıb.
Açıqlamada PUA-ların Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu və bunlardan 57-nin Kurskda, 31-in Belqorodda, 27-nin Lipetskdə, 16-nın Voronejdə, 11-nin Bryanskda, 11-nin Ryazanda, 6-nın Oryolda, 1-nin Tambovda və 2-nin ilhaq edilmiş əyalətlərdə olduğu qeyd edilib.
Elmin Alışov