Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница turizm Bakıda kişi gecələr evə gəlməyən qızına XƏSARƏT YETİRDİ
turizm

Bakıda kişi gecələr evə gəlməyən qızına XƏSARƏT YETİRDİ

24-10-2024 22:00 63 Просмотров
IMG

Bakının Qaradağ rayonunda 1972-ci il təvəllüdlü Kamal şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qızı Almaza (adlar şərti göstərilib - red.) xəsarət yetirib.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin avqsutun 17-də Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində baş verib.


Kamal məcburi köçkünlər şəhərciyində olan mənzilində aralarında yaranmış şəxsi mübahisə zamanı əli ilə qızı Almazın bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona xəsarətlər yetirib.

 

Hadisəni törədən Kamalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kamal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

 

O, ifadəsində göstərib ki, qızı Almaz ilə uzun müddətdir aralarında mübahisələr olub:

 

"Son zamanlar evə gec gəlirdi və bir gün də yalandan nənəsigildə qaldığını deyərək başqa yerdə qaldı. Bundan sonra aramızda olan mübahisə daha da böyüdü. Mən bir ata olaraq bunları qəbul edə bilmədim. Bir gün axşam saatlarında öz yaşadığımız binanın qarşısında olan zaman qızımın əvvəllər tanımadığım qara rəngli bir "Mercedes-Benz" markalı maşından düşdüyünü, məni görən zaman təlaşlanaraq evə getdiyini gördüm. Bu hadisə məni daha da əsəbiləşdirdi".

 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü isə qızını ancaq bir ata kimi tərbiyələndirmək məqsədilə vurub:

 

"İbtidai istintaq zamanı verdiyim ifadəmi təsdiq edirəm. Qızım Almazla əvvəllər normal münasibətim olsa da, sonradan münasibətlərimiz pozuldu. Buna səbəb Almazın son vaxtlar mənə yalan danışması və evə gəlməməsi oldu. Avqustun 17-də, saat 19:30-da yaşadığım evdə olan zaman qızım Almaz evə gəldi və otağına girəndə çarpayısının baş hissəsinə bağladığı yolka işıqlarının söküldüyünü gördü. Almaz məndən işıqlarını kimin çıxarmasını soruşdu. Mən işıqları özüm çıxardığımı dedim. Həmin vaxt aramızda sözlə mübahisə oldu. Mübahisə zamanı Almaz mənə kobud cavab verdiyi üçün əsəbiləşdim. Əl zərbələri ilə bir neçə dəfə onu vuraraq döydüm. Almaz qaçaraq evdən getdi".

 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Almazın sözlərinə görə, atası Kamal ilə uzun müddətdir aralarında münasibətləri yaxşı olmayıb: "Bu hadisədən də əvvəl atam ilə aramızda mübahisələrimiz olub. Atam ailəsinə baxmayaraq, mənə təhsil almamda da maddi yardım etməyib. Bizi anam işləyərək dolandırıb. Mən isə özüm 15 yaşım tamam olduqdan sonra işləməyə başlamışam. Hadisə vaxtı atam bilərəkdən çarpayımın başına qoyduğum yolka işıqlarını çıxardı. Ondan sonra aramızda mübahisə baş verdi və atam məni döydü. Hadisə olan zaman evdə bizdən başqa heç kim olmayıb. Qardaşım sonradan səs-küyə gəldi. Mən sonra anamın yanına getdim və axşam evə qaydan zaman polisə bu hadisə ilə bağlı məlumat verdik".

 

Zərərçəkən daha sonra ifadəsində göstərib ki, avqustun 17-də, saat 19:30-da yaşadıqları Müşfiqabad qəsəbəsində olan məcburi köçkünlər şəhərciyində atası Kamal əl zərbələri ilə onu döyərək bədən xəsarəti yetirib:

 

"Atam son vaxtlar mənimlə heç bir səbəb olmadan mübahisə edir. Bu səbəbdən onunla münasibətimiz yoxdur. Avqustun 17-də, saat 19:30-da yaşadığım evə gələrək öz otağıma girdim. Həmin vaxt çarpayımın başına bağladığım yolka işıqlarının çıxarıldığını gördüm. Atamdan işıqların kimin çıxarmasını soruşdum. Atam işıqları özünün çıxardığını bildirdi. Bu səbəbdən də aramızda mübahisə yarandı. Mübahisə zamanı atam əl zərbələri ilə başımdan, belimdən və əllərimin üstündən vuraraq məni döydü. Mən də atamın əlindən çıxaraq evdən qaçdım və Əhmədli qəsəbəsində "63" adlı restoranda işləyən anamın yanına getdim. Anama atam tərəfindən döyüldüyümü dedim. Anam da bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq məlumat verdi".

 

Bu cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb.


Məhkəmənin hökmü ilə Kamal 1200 manat məbləğində cərimə cəzasına məhkum edilib.

 

Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilib.