Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Azərbaycanın aerobika gimnastları Fransada medallar qazanıblar
СПОРТ

Azərbaycanın aerobika gimnastları Fransada medallar qazanıblar

19-05-2025 17:00 17 Просмотров
IMG

Azərbaycanın aerobika gimnastları Fransanın Tuluza şəhərində keçirilən beynəlxalq turnirdə medallar qazanıblar.

Bu barədə "Tvit.az"a Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Qarışıq cütlərin proqramında çıxış edən Mədinə Mustafayeva və Vladimir Dolmatov 19.800 xal toplayaraq qızıl medala yiyələniblər.

Böyüklərdən ibarət qrup - Mədinə Mustafayeva, Vladimir Dolmatov, Sara Əlixanlı, Dilarə Qurbanova və Xədicə Quliyeva 15.118 xalla ikinci yeri tutaraq gümüş medala sahib çıxıblar.

Gənclər kateqoriyasında çıxış edən üçlük - Evelina Kozlovskaya, Fidan İbrahimova və Leyla Əhmədova 16.250 xalla bürünc medal əldə ediblər.

Böyüklərdən ibarət üçlük - Dilarə Qurbanova, Leyla Bejanova və Arzu Ağayeva isə 17.413 xalla turnirin bürünc mükafatçısı olublar.