Tehran və Moskva strateji əməkdaşlığı inkişaf etdirməkdə davam edir.
Tvit.az “Tasnim News” portalına istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
“İran və Rusiya arasında strateji tərəfdaşlıq çox mühüm məsələdir. Biz bu əməkdaşlığı xarici siyasət idarəmizin əsas prioritetlərindən biri kimi müəyyən etmişik”.
Elmin Alışov