Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Kürdə suyun səviyyəsi son 15 ildə ilk dəfə artdı
sosial

Kürdə suyun səviyyəsi son 15 ildə ilk dəfə artdı

15-05-2025 18:00 20 Просмотров
IMG

2010-cu ildə baş verən daşqınları çıxmaq şərti ilə, yaxın 15 ildə Kürdə suyun qalxması nəticəsində çay öz məcrasından çıxmayıb. Son illərdə ilk dəfədir ki, bu il çayda suyun artması nəticəsində çay axını sahil qayasından çıxaraq, mühafizə bəndinin aşağı oturacaq hissəsinə çatıb.

 

Tvit.az xəbər verir ki, bu sözləri Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin baş mühəndisi Əsgər Salahov AZƏRTAC-a müsahibəsində bildirib. O qeyd edib ki, hazırda suyun səviyyəsi mühafizə bəndinin orta üst səviyyəsindən 3-4 metr aşağıdadır.

 

“Kür ətrafında bəzi yerlərdə subasmalar qeydə alınıb ki, həmin ərazilər Kür çayı mühafizə bəndinin mühafizə zolağında, həm də çayın mühafizə sanitar bölgəsindədir. Bu ərazilər çay məcrası sayılır. Hazırda mühafizə bəndləri tam nəzarətdədir və hansısa təhlükə yoxdur. Eyni zamanda, son 3-4 gündə Kür çayında suyun səviyyəsi enib. Bir neçə gün öncə Mingəçevir su anbarından 420 kubmetr/saniyə su axımı keçirdisə, hazırda bu rəqəm 50 kubmetr/saniyə azalaraq, 370 kubmetr/saniyəyə bərabərdir. Hazırkı göstəriciyə görə Kür çayının Surra məntəqəsində suyun səviyyəsi son günlərdə 73 santimetr düşüb. Proqnoza əsasən demək olar ki, mühafizə bəndləri dağlarda olan qar ərintiləri, həmçinin düşən yağıntılar hesabına Kür çayına gələn suyu tam ötürməyə malikdir və hətta suyun səviyyəsi 2-3 metr də qalxarsa, hansısa təhlükə sayılmır",- deyə baş mühəndis bildirib.

 

Onun sözlərinə görə, suyun qalxması zamanı sahil mühafizə bəndlərində bəzi yerlərdə xırda çatlar əmələ gəlir ki, onlar da aparılan monitorinqlər zamanı aşkarlanır və bərpa olunaraq gücləndirilir. Yəni, bu iş davamlı görülür. Mühafizə bəndlərində bu il və növbəti ildə də gücləndirmə işləri aparılacaq.