Rusiya-Amerika dialoqu Yaxın Şərqdə sülhə töhfə verə bilər.
Tvit.az xəbər verir ki, bunu Fələstinin Rusiya Federasiyasındakı səfiri Abdel Hafiz Nofəl “Rusiya - İslam dünyası: KazanForum” beynəlxalq iqtisadi forumunun kuluarlarında deyib.
"Biz hesab edirik ki, Rusiya, Çin, Hindistan - BRİKS - yeni dünyadır. Onlar birlikdə təsir göstərə bilər. Eyni zamanda, Rusiya-Amerika münasibətlərinin yaxşılaşdırılması həm də İsrailin hücumunu dayandırmaq üçün fürsət ola bilər", - diplomat bildirib.