Əfqanıstan hökumətinin sədr müavini Abdul Qani Baradarın rəhbərlik etdiyi Taliban nümayəndə heyəti Kazana gəlib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən, o, "Rusiya - İslam dünyası: KazanForum" beynəlxalq iqtisadi forumunda iştirak edəcək.
Nümayəndə heyətinə Baş nazirin müavini ilə yanaşı, forum çərçivəsində ticarət, kənd təsərrüfatı və energetika sahəsində layihələri müzakirə edəcək nazirlər də daxil olub.
Əfqanıstan nümayəndələri ilə rusiyalı həmkarları arasında əsas işgüzar görüşlər mayın 15-də başlayacaq.