Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Zelensky Putinlə görüşməyi səbirsizliklə gözlədiyini bildirdi
dünya

Zelensky Putinlə görüşməyi səbirsizliklə gözlədiyini bildirdi

13-05-2025 20:00 18 Просмотров
IMG

Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə Ankarada və ya İstanbulda keçiriləcək görüşə güvəndiyini deyib.

Tvit.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV-lər yayıb.

Bundan əlavə, Zelenski Rusiya Federasiyası və Ukrayna nümayəndələrinin fərqli tərkibdə görüşünün mümkünlüyünü nəzərdən keçirirmi sualına mənfi cavab verib. 

"Biz hələ başqa formatları işləməmişik və ya müzakirə etməmişik. Mən tək olmayacağam, bu bir faktdır, amma məsələ bu deyil", - Zelenski deyib.

Zelenski həmçinin bildirib ki, mayın 15-də Türkiyə prezidenti Recep Tayyip Erdoğanla görüşü nəzərdə tutulub. 

Aysel Şirinova