Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Gəncədə 18 yaşlı oğlanın ölümü ilə bağlı cinayət işi açıldı
sosial

Gəncədə 18 yaşlı oğlanın ölümü ilə bağlı cinayət işi açıldı

13-05-2025 18:00 21 Просмотров
IMG

Mayın 12-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhəri, M.Xələfov küçəsində yerləşən yataqxanasının həyətində almış olduğu xəsarətdən bu gün müalicə aldığı xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan "Tvit.az"ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işinin ibtidai istintaqı aparılır.

Cinayət əməlini törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində daxili işlər orqanları ilə birgə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.