Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Azərbaycanda daha 43 nəqliyyat vasitəsi hərraca çıxarılacaq
sosial

Azərbaycanda daha 43 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

13-05-2025 16:00 17 Просмотров
IMG

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iyunun 10-da dövlət mülkiyyətinə keçən avtomobillərin satışı ilə bağlı daha bir hərrac keçirəcək.

 

Tvit.az bu barədə quruma istinadən xəbər verir.

 

Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 118 000 manat olan 43 nəqliyyat vasitəsi çıxarılacaq.

 

Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.


Hərraclar barədə ətraflı məlumatı buradanəldə etmək mümkündür.