Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Polşa Rusiya konsulluğunu bağlayır
dünya

Polşa Rusiya konsulluğunu bağlayır

12-05-2025 14:00 19 Просмотров
IMG

Rusiya Federasiyasının Krakovdakı Baş Konsulluğu öz işini 30 gündən tez başa çatdırılmalı olacaq.

Tvit.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər nazirinin müavini Henrika Mościcka-Dendys bildirib.

"Poznandakı konsulluğa gəldikdə isə, Rusiya tərəfinə möhlət təyin olunub. Adətən, bu, diplomatik qurumun bağlanması üçün ən azı 30 gün müddəti nəzərdə tutulub", - diplomat keçirdiyi brifinqdə bildirib. 

Bundan əlavə bildirilib ki, Rusiya Federasiyasının Krakovdakı Baş Konsulluğunun üç diplomatı persona non grata elan ediləcək və Polşanı tərk etməli olacaq.

"Bu qərar yalnız diplomatlara aiddir. Bu qərar köməkçi, inzibati heyətlərə şamil edilmir", - departamentin nümayəndəsi deyib.

O aydınlıq gətirib ki, Krakovdakı Rusiya Baş Konsulluğunda 3 diplomat və inzibati və texniki heyətin 4 işçisi akkreditə olunub. 

Aysel Şirinova