Vəzifədə qalıb-qalmayacağıma qərar verən mən deyiləm.
Tvit.az xəbər verir ki, bu sözləri Ramzan Kadırov deyib.
Kadırovun sözlərinə görə, bölgənin başçısı postunda qalıb-qalmamaq barədə qərar verən o deyil. Bununla yanaşı, o, federal mərkəzə istefa üçün müraciət etdiyini də inkar etməyib. –
"Bəli, soruşa və ya təklif edə bilərəm. Amma necə danışsam da, nə qədər xahiş etsəm də, belə bir qərarı yalnız bir nəfər verir – Vladimir Vladimiroviç Putin", - Çeçenistanın başçısı öz hesabında yazıb.